“Barselona”nın yeni transferi Memfis Depayın klubla müqaviləsinin təfərrüatları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi Niderland millisinin sözləşməsinə 400 milyon avroluq sərbəst qalma bəndi yazdırıb.
Futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Baş məşqçi Ronald Kumanın gələcəyi qeyri-müəyyən olduğundan, rəhbərlik belə yüksək məbləğ təyin edib. Kuman növbəti mövsümün sonunda klubdan ayrılsa, Depayın 1 illik müqaviləsi qalacaq. Onun həmin vaxt ayrılmaması üçün də 400 milyon avroluq transfer məbləği yazılıb.
Qeyd edək ki, Memfis Depay ötən mövsüm Liqa1-də 37 oyun keçirib, 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.