Depayla müqaviləni açıqladı – “Barselona”
19.06.2021 - 21:01
Niderland millisinin və Fransa “Lion”unun futbolçusu Memfis Depay “Barselona”ya keçib.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubu açıqlayıb.
27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Depay ötən mövsümdə Liqa1-də 37 oyunda 20 qol vurub.
0
0