Di Françeskonun yeni klubu – A seriyasında
04.06.2021 - 16:03
İtaliyanın “Verona” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisini Eusebio Di Françesko çalışdıracaq.
Mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq. O, “Torino”ya yollanan İvan Yuriçi əvəzləyəcək.
Qeyd edək ki, Di Françeskonun son klubu “Kalyari” olub.
0
0