Di Mariya “Yuventus”un hədəfində
22.04.2022 - 09:56
PSJ-nin futbolçusu Anhel di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi “Yuventus”un maraq dairəsindədir.
Turin təmsilçisi 34 yaşlı futbolçu ilə 1-2 illik müqavilə imzalamağı planlaşdırır. O, yeni klubuna azad agent kimi keçə bilər.
Qeyd edək ki, Anhelin PSJ ilə anlaşması bu yay başa çatacaq.
0
0