Di Mariya gedir
12.03.2022 - 12:57
Di Mariya gedir

PSJ-nin futbolçusu Anhel di Mariya Fransa klubunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi yayda yeni klub tapmalı olacaq.

Paris təmsilçisi sağ cinah oyunçusu ilə müqaviləni uzatmamağa qərar verib. Di Mariya La Liqa və A seriyasından aldığı təkliflər arasında seçim etməlidir.

Yayda anlaşması başa çatacaq futbolçu azad agent kimi yeni klubuna qoşulacaq. O, 2019-cu ildən PSJ-nin uğurları üçün çalışır.

Qeyd edək ki, 34 yaşlı futbolçu cari mövsümün 25 matçında 3 qol vurub.
 

0