“Yuventus”un hücumçusu Paulo Dibala karyerasını harada davam etdirəcəyini dəqiqləşdirməyib.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü İngiltərə Premyer Liqasında oynamaq arzusunda deyil.
“Arsenal” və “Nyukasl” onu heyətinə qatmaqda maraqlı olsa da, futbolçu buna müsbət yanaşmır. Dibalanın ilk seçimi İtaliyada qalmaq olacaq. 29 yaşlı ön xətt oyunçusu üçün prioritet “İnter”dir. Həmçinin “neradzurra” da onunla danışığı davam etdirir. Anlaşma əldə olunarsa, bu keçid pulsuz başa gələcək. Çünki futbolçunun turinlilərlə müqavilə müddəti yaya qədərdir.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 13 qol vurub, 6 məhsuldar ötürmə verib.