Dibala ilə danışıqlara başladı – “Liverpul”
26.01.2022 - 17:54
“Liverpul” Paulo Dibala ilə danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Yuventus”un 28 yaşlı hücumçusunu heyətinə qatmaq istəyir.
Argentinalının İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Turinlilər onunla anlaşmanı uzatmaq istəsə də, tərəflər maliyyə məsələlərində razılığa gələ bilməyib.
Qeyd edək ki, Dibala cari mövsümün 23 matçında 11 dəfə fərqlənib.
0
0