Dibalanın meneceri danışıq üçün Turinə yollandı
05.03.2022 - 13:11
Dibalanın meneceri danışıq üçün Turinə yollandı

“Yuventus”un hücumçusu Paulo Dibalanın maraqlarını təmsil edən menecer Xorxe Antun Turinə yollanıb.

Apasport.az saytının məlumatına görə, o, klubla 28 yaşlı argentinalının yeni müqavilə məsələsini müzakirə edəcək.

“Qoca sinyora” Dibalaya hər mövsüm üçün 8 milyon avro və müxtəlif bonuslar şəklində 2-3 milyon avro ödəməyə hazırdır. Klub menecerin sözləşmə üçün komissiyanın böyük hissəsindən imtina etməsini istəyir.

Qeyd edək ki, bu mövsüm 27 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalan Paulo Dibalanın “Yuventus”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
 

0