Dibalaya 7 milyonluq təklif
22.04.2022 - 23:10
Dibalaya 7 milyonluq təklif

“Yuventus”un futbolçusu Paulo Dibala yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu karyerasını A seriyasının digər klubunda davam etdirməyə yaxındır.

“İnter” onu heyətində görməkdə maraqlıdır. Milan klubu danışıqlar apardığı 28 yaşlı cənubi amerikalıya 3 illik müqavilə təklif edib. Mövsümün sonunda azad agent statusu alacaq Dibalaya ildə 7 milyon avro maaş veriləcək.

Qeyd edək ki, Paulo cari mövsüm A seriyasındakı 24 matçda 8 qol vurub.