Dieqo Qodini satdı – “İnter”
25.09.2020 - 10:54
“İnter” klubunun müdafiəçisi Dieqo Qodin İtaliyanın digər komandasına keçib.
Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin futbolçusu A seriyasında mübarizə aparan “Kalyari” ilə anlaşıb.
34 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Bununla da oyunçu “İnter”də cəmi 1 il qala bilib.
Qeyd edək ki, Dieqo Qodin 2010-2019-cu illərdə İspaniya klubu “Atletiko”nun formasını geyinib.
0
0