Diviziona qayıdıb, baş məşqçisini açıqladı – “Zirə”
23.06.2021 - 16:53
Diviziona qayıdıb, baş məşqçisini açıqladı – “Zirə”

“Zirə” əvəzedici komandasını bərpa edib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Zirə-2” komandası 2021/22 mövsümündən l Divizionda çıxış edəcək.

Gənclərin baş məşqçisi də artıq məlumdur. Rəhbərlik Azər Məmmədovu bu posta təyin edib.

Köməkçi məşqçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək.