Dmitri Nazarovdan 7-ci qol
21.12.2019 - 19:04
Almaniyanın 2-ci Bundesliqasında XVIII turun oyunları keçirilir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” öz meydanında “Qröyter Fürt”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. D.Nazarov start heyətində çıxdığı matçı əvəzolunmadan keçirib.
O, qarşılaşmanın 64-cü dəqiqəsində penaltidən dəqiq yararlanaraq hesabı 2:0-a çatdırıb. Bu, milliləşən legionerin cari mövsümdə çempionatda 7-ci qolu olub.
Qeyd edək ki, 18 oyundan sonra 28 xal toplayan “Aue” 4-cü pillədə qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0