“Leypsiq”in baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının 1/8 final mərhələsində Moskva “Spartak”ına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Rusiya klubunun turnirdən çıxarılması variantına münasibət bildirib.
37 yaşlı çalışdırıcı “Spartak”la cavab qarşılaşmasını neytral meydanda keçirməyin daha münasib olduğunu düşünür: “Boykot həmişə yanlış insanlara zərbə vurur. Bu, ilk növbədə idmançılara və azarkeşlərə aiddir. İstərdim ki, “Spartak”la oyun fərqli şəraitdə keçirilsin. Mövcud vəziyyət dəhşətlidir, buna görə də problemləri heç bir halda həll etmək mümkün deyil”.
Qeyd edək ki, “Spartak”la “Leypsiq” arasında martın 17-də Moskvada keçirilməli olan qarşılaşmanın Bakıya salınması variantı müzakirə olunur.