Dönüşü yubanır – “Barselona”nın hücumçusunun
14.07.2021 - 00:26
“Barselona”nın hücumçusu Ansu Fatinin yaşıl meydanlara dönüşü gecikir.
Apasport.az saytının məlumatına görə, buna səbəb gənc futbolçunun sağalma prosesinin zəif getməsidir.
Sol ayağından əməliyyat olunan 18 yaşlı forvard komandanın mövsümöncəsi təlim-məşq toplanışını da buraxacaq. Onun nə zaman kollektivə qoşulacağı hələ məlum deyil.
Qeyd edək ki, Ansu Fati ötən ilin noyabrından komandaya kömək etmir.
0
0