Dünya çempionatı Çinə verildi
24.10.2019 - 11:20
Dünya çempionatı Çinə verildi

2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.

APA-nın məlumatına görə, bu barədə qərar FİFA-nın Şurasında qəbul olunub.

İlk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində keçiriləcək. Turnir iyun-iyul aylarında baş tutacaq.

Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla baş tutacaq.