UEFA prezidenti Aleksander Çeferin FIFA-nın iki ildən bir dünya çempionatı keçirilməsi ideyasından vaz keçəcəyini bildirib.
Apasport.az saytının məlumatına görə, o, ali futbol qurumunun prezidenti Canni İnfantino ilə görüşdən sonra bu qənaətə gəlib.
Çeferinin fikrincə, mundialın formatının dəyişdirilməsi uğurlu təklif deyil: “İki ildən bir dünya çempionatı keçirmək futbolda hamı üçün qəbuledilməzdir. FIFA-nın da bunu başa düşməsinə şadam. Dünən FIFA prezidenti ilə bunu müzakirə etmişəm. Bildiyimə görə, dünya çempionatının iki ildən bir keçirilməsi məsələsi müzakirə olunmur. Əminəm ki, tezliklə FIFA ilə bir qərara gələcəyik”.
Qeyd edək ki, bundan əvvəl “Arsenal”ın sabiq baş məşqçisi, hazırda FİFA departamentinə nəzarət edən Arsen Venger futbolun əyləncəsini və keyfiyyətini yüksəltmək üçün iki ildən bir dünya çempionatının keçirilməsini təklif edib.