Dünya çempionu Avropaya qayıdır
26.01.2022 - 12:53
Blez Matuidi “İnter Mayami”ni tərk edəcək.
Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi yeni mövsümün iştirak ərizəsindən kənarda qalıb.
34 yaşlı futbolçu MLS-də çıxışını başa vuracaq. Dünya çempionunun Avropaya qayıdacağı gözlənilir. Onun xidmətində “Trua” maraqlıdır. Lakin Liqa1 təmsilçisinin onunla maliyyə şərtlərində razılaşa biləcəyi sual altındadır.
Qeyd edək ki, Matuidi karyerasının əvvəlində də “Trua”da çıxış edib. O, sonradan “Sent-Etyen”, PSJ və “Yuventus”da forma geyinib.
0
0