Dünya çempionu Premyer Liqada?
12.04.2022 - 14:35
Dünya çempionu Premyer Liqada?

İngiltərənin “Aston Villa” klubu Mattias Ginteri heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Mönhenqladbax “Borussiya”sının müdafiəçisi ilə danışıqlara başlayıb.

Yayda müqaviləsi başa çatacaq alman anlaşmanı uzatmayacağını açıqlayıb. Bu üzdən Ginter yeni klubuna azad agent kimi keçə biləcək.

Qeyd edək ki, Mattias Almaniya millisinin heyətində DÇ-2014-ün çempionudur.