“KPMG Football Benchmark” ən yüksək transfer dəyərinə malik futbolçuların siyahısında yeniləmə edib.
Apasport.az saytının məlumatına görə, son iki ayla müqayisədə futbolçuların qiymətində eniş və ya yüksəliş müşahidə edilib.
Maraqlıdır ki, veteran superulduzlar Kriştiano Ronaldo və Lionel Messi, eyni zamanda PSJ-nin digər hücumçuları Kilian Mbappe ilə Neymar da ilk “10-luq”dan kənarda qalıb.
1. Erlinq Haland
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: Norveç
Yaşı: 21
Mövqeyi: Hücumçu
KPMG-yə görə transfer dəyəri: 137,5 milyon avro
KPMG-yə görə son 2 aydakı dəyər dəyişikliyi: -4,9 milyon avro
2. Fil Foden
Klubu: “Mançester Siti”
Ölkəsi: İngiltərə
Yaşı: 21
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 124,5 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: +7,5 milyon
3. Trent Aleksander-Arnold
Klubu: “Liverpul”
Ölkəsi: İngiltərə
Yaşı: 23
Mövqeyi: Sağ cinah müdafiəçisi
Transfer dəyəri: 110,8 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -1,7 milyon
4. Bruno Fernandeş
Klubu: “Mançester Yunayted”
Ölkəsi: Portuqaliya
Yaşı: 27
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 110,2 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -2,2 milyon
5. Frenki de Yonq
Klubu: “Barselona”
Ölkəsi: Niderland
Yaşı: 24
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 109,3 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -600 min
6. Məhəmməd Salah
Klubu: “Liverpul”
Ölkəsi: Misir
Yaşı: 29
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 107,8 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -6,6 milyon
7. Harri Keyn
Klubu: “Tottenhem”
Ölkəsi: İngiltərə
Yaşı: 28
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 106,7 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -3,4 milyon
8. Ceydon Sanço
Klubu: “Mançester Yunayted”
Ölkəsi: İngiltərə
Yaşı: 21
Mövqeyi: Yarımmüdafiəçi
Transfer dəyəri: 105,5 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -4,5 milyon
9. Romelu Lukaku
Klubu: “Çelsi”
Ölkəsi: Belçika
Yaşı: 28
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 104,8 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: -11,1 milyon
10. Ruben Diaş
Klubu: “Mançester Siti”
Ölkəsi: Portuqaliya
Yaşı: 24
Mövqeyi: Hücumçu
Transfer dəyəri: 104,5 milyon
Son 2 aydakı dəyər dəyişikliyi: +700 min