Eddi İsrafilov cəzalandı
06.12.2019 - 22:31
Azərbaycan yığmasının milliləşən legioneri Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, futbolçumuz Sequndanın XIX turunun iştirakçısı olub.
Yarımmüdafiəçinin çıxış etdiyi “Albasete” turun ilk günündə öz meydanında “Ekstremadura” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Start heyətində meydana çıxan E.İsrafilov 90 dəqiqə oynayıb. O, matçın ilk hissəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 19 oyunda 27 xal toplayan “Albasete” 8-ci pillədə qərarlaşıb.
0
0