Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun iştirakı ilə keçirilən İspaniya Sequndasının “Rayo Valyekano” – “Albasete” oyunu yarımçıq qalıb.
Apasport.az saytının məlumatına görə, XX turun qarşılaşmasının başa çatdırılmamasına yerli azarkeşlərin təhqirləri səbəb olub.
Belə ki, yerli fanatlar “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulyanın ünvanına təhqirlər yağdırıblar. Onlar “Zozulya – sən milliyyətçisən” sədaları səsləndiriblər.
Komandalar matçın ilk yarısını oynaya biliblər. 45-ci dəqiqədə E.İsrafilov qırmızı vərəqə alaraq meydandan qovulub.
“Albasete” isə fasilədən sonra meydana çıxmaqdan imtina edib. Buna səbəb R.Zozulyaya qarşı şüarların səsləndirilməsi olub. Oyunun başqa vaxt davam etdiriləcəyi, klubların hansı cəza alacağı hələ bilinmir.
Qeyd edək ki, R.Zozulya 2016/17 mövsümünün qış fasiləsində icarə əsasında “Betis”dən “Rayo Valyekano”ya keçib. Lakin yeni komandasının azarkeşlərinin onu milliyyətçilikdə ittiham etməsi və komandadan getməsi tələbini irəli sürməsi səbəbindən Sevilya klubuna qayıdıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı