Eddi oynadı, komandası xal itirdi
30.11.2019 - 23:33
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, milliləşən legioner çıxış etdiyi “Albasete” klubunun “Ponferradina” ilə səfər matçında meydana çıxıb.
Sequndanın XVIII turunun görüşünə start heyətində başlayan yarımmüdafiəçi qarşılaşmanı əvəzolunmadan keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, 18 oyunda 26 xal toplayan “Albasete” 8-ci pillədə qərarlaşıb.
0
0