Ehtiyatda qalan qüvvə - “7-lik”
23.05.2021 - 15:16
Ehtiyatda qalan qüvvə - “7-lik”

Azərbaycan Premyer Liqasının başa çatan 2020/21 mövsümünün daimi ehtiyat oyunçuları müəyyənləşib.

Apasport.az saytı heç bir çempionat matçında meydana çıxmayan, ən azı 20 oyunu ehtiyatda qalan futbolçuların siyahısını təqdim edir.

Cari mövsümdə 7 belə oyunçu olub. Mütləq rekord Kamran İbrahimova məxsusdur. “Neftçi”nin üçüncü qapıçısı 28 turun hamısında ehtiyatda qalsa da, şans qazanmayıb.

Ən azı 20 qarşılaşmada belə halla üzləşən 7 futbolçu 4 klubu təmsil edir. “Qarabağ”da 3, “Neftçi”də 2, “Sumqayıt”la “Zirə”də 1 belə oyunçu var.

Bu siyahıda yeganə legioner Rener Alvesdir. Braziliyalı futbolçunun “Neftçi”dəki günü ehtiyat oyunçular skamyasında keçib.

Kamran İbrahimov (“Neftçi”) – 28
Abdulla Seyidəhmədov (“Zirə”) – 27
Hüseynəli Quliyev (“Sumqayıt”) – 26
Rauf Hüseynli (“Qarabağ”) – 25
Rener Alves (“Neftçi”) – 23
Ayxan Arazlı (“Qarabağ”) – 23
Zamiq Əliyev (“Qarabağ”) – 22
 

0