DÇ-2022-nin seçmə mərhələsinin KONMEBOL zonasında növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə, Cənubi Amerika yığmaları XVII tura start verib.
Baş tutan 4 qarşılaşmadan sonra Ekvadorla Uruqvay Qətərdəki mundiala vəsiqə qazanıb. Uruqvaylılar Peru üzərində qələbə ilə bu hüquqa yiyələnib. Ekvador Paraqvaya uduzsa da, izləyicilərinin xal itkisindən yararlanıb.
Braziliya Çilini 4 cavabsız qolla darmadağın edib. Kolumbiya isə Boliviya üzərində böyükhesablı qələbə qazanıb.
Bununla da Cənubi Amerikadan vəsiqə qazanan komandaların sayı 4-ə çatıb. Pley-offa yollanacaq 5-ci yerin sahibi isə son turda bəlli olacaq.
Qeyd edək ki, tura bu gün baş tutacaq Argentina – Venesuela matçı ilə yekun vurulacaq.
DÇ-2022 seçmə mərhələsi
KONMEBOL zonası
XVII tur, 24 mart
Uruqvay – Peru – 1:0
De Arraskaeta, 42
Kolumbiya – Boliviya – 3:0
Dias, 39, Borxa, 72, Uribe 90
Braziliya – Çili – 4:0
Neymar, 44 (pen.), Vinisius, 45+1, Koutinyo, 72 (pen.), Rişarlison, 90+1
Paraqvay – Ekvador – 3:1
Morales, 10, Hinçapie, 45+6 (avtoqol), Almiron, 54
1 |
Braziliya |
16 |
13 |
3 |
0 |
36-5 |
42 |
2 |
Argentina |
15 |
10 |
5 |
0 |
23-7 |
35 |
3 |
Ekvador |
17 |
7 |
4 |
6 |
26-18 |
25 |
4 |
Uruqvay |
17 |
7 |
4 |
6 |
20-22 |
25 |
5 |
Peru |
17 |
6 |
3 |
8 |
18-21 |
21 |
6 |
Kolumbiya |
17 |
4 |
8 |
5 |
19-19 |
20 |
7 |
Çili |
17 |
5 |
4 |
8 |
19-24 |
19 |
8 |
Paraqvay |
17 |
3 |
7 |
7 |
12-24 |
16 |
9 |
Boliviya |
17 |
4 |
3 |
10 |
23-38 |
15 |
10 |
Venesuela |
16 |
3 |
1 |
12 |
14-30 |
10 |