Elmar Baxşıyev qovuldu
15.04.2022 - 18:53
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXIII turunda "Sumqayıt"la matçda qırmızı vərəqə alıb.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı Qəbələ şəhər stadionundakı qarşılaşmanın son dəqiqələrində texniki zonadan qovulub.
Görüşə əlavə olunmuş dəqiqələrdə ehtiyat hakimə etirazını sərt şəkildə bildirən 42 yaşlı çalışdırıcı baş hakim Rauf Cabarov tərəfindən texniki zonadan qovulub.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" görüşü 1:1 hesabı ilə başa çatıb.
0
0