Elvin Məmmədov və Vurğun Hüseynov Tovuza qayıdır
01.03.2022 - 10:36
Elvin Məmmədov və Vurğun Hüseynov Tovuza qayıdır

2022/23 mövsümündən Premyer Liqada iştirakı gözlənilən “Turan Tovuz” strategiyasını müəyyənləşdirməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, elitada əsasən yerli oyunçularla çıxış edəcək Tovuz klubu bir neçə təcrübəli də heyətinə cəlb edəcək.

Bu mənada tovuzlulara xüsusi önəm veriləcək. Gələn mövsüm komandanın formasını geyinəcək iki futbolçu, demək olar ki, indidən bəllidir. “Turan”ın yetirməsi olan müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Elvin Məmmədov böyük ehtimalla “Turan Tovuz”un uğurları üçün çalışacaq. “Sumqayıt”da əsas heyətə düşə bilməyən və yayda komandanı tərk edəcək hər iki oyunçu doğma rayonuna qayıtmağa razılıq verib.

Qeyd edək ki, Elvin Məmmədov 2004-2007, Vurğun Hüseynov isə 2005-2008-ci illərdə ilk klubu olan “Turan”ın şərəfini qoruyub.