Elxan Məmmədov Şenol Günəşlə görüşdü
05.12.2019 - 20:24
Elxan Məmmədov Şenol Günəşlə görüşdü

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneşlə görüşüb. 

Apasport.az saytının məlumatına görə, görüş zamanı Türkiyə milli komandasının AVRO-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib.

Qeyd olunub ki, oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacaq. Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb. 

Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Güneş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib. 

0
Elxan Məmmədov Şenol Günəş AFFA