“Yox, bu, düz cavab deyil”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədovun fikirlərinə münasibət bildirərkən “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.
37 yaşlı müdafiəçi qurum rəsmisinin İTV-də yayımlanan “3D” verilişdə dedikləri fikirlərlə razılaşmayıb. R.Sadıqov bildirib ki, E.Məmmədovun onun baş məşqçisi olduğu Azərbaycanın U-21 yığmasından getməsini aktiv futbolçu karyerası ilə əlaqələndirməsi reallıqdan uzaqdır: “U-21-ə məşqçi təyin ediləndə mən razılaşmırdım. Bildirirdim ki, hələ futbol oynayıram. Düz 5 dəfə bu danışıq oldu. Sonda razılıq verdim. Hətta işdən çıxmamışdan 1 gün qabaq da Elxan müəllimlə telefon danışığım olub. Əgər problem mənim məşqçiliyimdirsə, mən karyeramı bitirə bilərəm. Mənim U-21-dən uzaqlaşmağım futbolçu karyeramla bağlı deyil”.
Müdafiəçi bildirib ki, yığmaya təyinatı zamanı futbolçu karyerasına son qoymağa da hazır olub: “Yenə deyirəm ki, mən ötən il rəsmi oyunlar başlayanda futbolçu karyeramı bitirəcəkdim. Amma cavab gəlmədi. Demişdim ki, mən məşqçi karyeramı davam etdirmək istəyirəm”.
Qeyd edək ki, R.Sadıqov 2018-ci ildə Azərbaycanın U-21 yığmasının baş məşqçisi olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı