Emil Balayevə Belçikadan təklif
16.01.2020 - 14:27
Emil Balayevə Belçikadan təklif

Azərbaycan millisinin qapıçısı Emil Balayev daha iki təklif alıb.

Apasport.az saytının məlumatına görə, “Tobol”un qolkiperinə Belçikadan iki müştəri çıxıb.

“Tobol”da qalıb-qalmamasında qeyri-müəyyənlik yaranan 26 yaşlı Balayev Belçikanın elita təmsilçilərinin maraq dairəsinə düşüb. Onlardan biri “Eupen”dir. Adıçəkilən klub rəhbərliyi yığmamızın üzvünü bu qış heyətinə qatmaq istəyir. Emillə maraqlanan digər komandanın adı isə hələlik gizli saxlanılır.

Balayev başqa təklifləri də olduğundan, seçim etməyə tələsmir. Ancaq yaxın günlərdə onun karyerasını “Tobol”da, yoxsa başqa klubda davam etdirəcəyi dəqiqləşəcək.

Qeyd edək ki, Emil Balayevin "Tobol"la müqavilə müddəti bu ilin yayına qədərdir.