Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstan "Tobol"una erməni baş məşqçi təyin olunub.
Apasport.az saytının məlumatına görə, komandanı yeni mövsümdə Qriqori Babayan çalışdıracaq.
Klub yaydığı xəbərdə 39 yaşlı mütəxəssislə müqavilənin müddətini açıqlamayıb.
Balayev "Tobol"la 2018-ci ilin yanvarın 30-da 2 illik müqavilə bağlayıb. Kostanay təmsilçisi ötən mövsümü 63 xalla 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Babayanın son iş yeri "Astana" olub. O, Nur-Sultan təmsilçisi ilə 5 dəfə Qazaxıstan çempionu və 2 dəfə ölkə kubokunun qalibi olub. Babayan Qazaxıstan millisində də məşqçi kimi çalışıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı