Erik Ten Haqa Almaniya klubundan təklif
11.04.2022 - 20:46
“Ayaks”ın baş məşqçisi Erik Ten Haq daha bir klubun hədəfinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Leypsiq” niderlandlı mütəxəssisin xidmətində maraqlıdır.
Bundesliqa klubu Domeniko Tedeskonun yerinə Ten Haqı gətirməyi planlaşdırır. Almaniyalılar 52 yaşlı mütəxəssisin sərbəstqalma məbləğini – 2 milyon avro ödəməyə də hazırdır.
Klub nümayəndələri mütəxəssisin özü ilə görüşüb. Niderlandlıya cəlbedici şərtlər təklif edilib.
Qeyd edək ki, Ten Haqın xidmətində “Mançester Yunayted” də maraqlıdır.
0
0