Erkən əvəzlənmə - "Sumqayıt" qapıçısını itirdi
11.09.2020 - 19:44
Premyer Liqanın II turu çərçivəsində "Neftçi"nin qonağı olan "Sumqayıt" ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, matçın ilk hissəsinin sonlarında qonaqların qapıçısı Mehdi Cənnətov əvəzlənib.
Buna səbəb milli komandanın üzvünün zədələnməsi olub. Oyun ərzində iki dəfə həkim müdaxiləsinə ehtiyat duyan və mübarizəni davam etdirə bilməyən Cənnətov yerini Aydın Bayramova verib.
Qeyd edək ki, "Bakcell Arena"da ilk hissəsi gedən görüşdə "Sumqayıt" 1:0 hesabı ilə öndədir.
0
0