Ernesto Valverde – 1, Qurban Qurbanov - 590
10.12.2019 - 13:01
Ernesto Valverde – 1, Qurban Qurbanov - 590

Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə planetin ən güclü 1000 mütəxəssisi yer alıb.

Ən yaxşılar arasında Azərbaycan komandalarına rəhbərlik edən iki çalışdırıcı yer alıb. Ən yaxşı təmsilçimiz “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 

1017 xala malik mütəxəssis dünyada 590-cıdır. Siyahıdakı yeganə azərbaycanlı baş məşqçi ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin də 1 addım yüksəlib. O, 818 xalla 671-ci yerdədir.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15637 xal var.