Eyni gündə keçiriləcək turun hakimləri açıqlandı
22.04.2022 - 15:42
Eyni gündə keçiriləcək turun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında XXIV turun təyinatları açıqlanıb.

Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, eyni gündə baş tutacaq matçların hakimləri bəlli olub.

Bu qarşılaşmalar aprelin 24-də baş tutacaq. Turun mərkəzi oyununda “Qarabağ” – “Qəbələ”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
XXIV tur
24 aprel (bazar)

“Qəbələ” – “Qarabağ”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 17:30

“Sabah” – “Şamaxı”
Hakimlər:
Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, 18:30

“Sumqayıt” – “Zirə”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 20:00

“Səbail” – “Neftçi”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”, 20:00