Eyni mövqedə çıxış etmiş ata-balalardan ibarət simvolik “11-lik” – Kramarenko, Qurbanov...
23.01.2022 - 12:36
Eyni mövqedə çıxış etmiş ata-balalardan ibarət simvolik “11-lik” – Kramarenko, Qurbanov...

Dünya futbolunda nadir hallarda həm ata, həm də oğul futbolçu olaraq ulduzlar sırasında yer alıb.

Apasport.az saytının məlumatına görə, bəzi hallarda isə oğul da məhz atasının çıxış etdiyi mövqedə oynamağı üstün tutur.

Bu yazıda məhz eyni mövqedə çıxış etmiş ata-balalardan ibarət simvolik “11-lik” təqdim edəcəyik. Aralarında hətta atası ilə eyni mövqedə oynayan iki oğul da var. Bəzən isə bir ailə üzvləri olsa da, fərqli milliləri seçmələri də müşahidə olunub.

Azərbaycanda eyni mövqedə çıxış etmiş ən tanınmış ata-bala Sergey və Dmitri Kramarenko olub. Hər ikisi ölkəmizdə öz dövrünün ən yaxşı qapıçısı olub. Hazırda isə Musa Qurbanlı “Qarabağ”da rəhbərliyi altında oynadığı atası Qurban Qurbanov kimi, hücumçudur.

Qapıçı: Peter / Kasper Şmeyxel (Danimarka)
Mərkəz müdafiəçisi: Çezare / Paolo Maldini (İtaliya)
Mərkəz müdafiəçisi: Denni / Deyli Blind (Niderland)
Mərkəz müdafiəçisi: Roy / Patrik Andersson (İsveç)
Orta sahə: Periko / Xabi Alonso (İspaniya)
Orta sahə: Mazinyo / Rafinya (Braziliya) / Tyaqo Alkantara (İspaniya)
Pleymeyker: Yohan / Yordi Kroyff (Niderland)
Sağ cinah: Serjio / Françisko Konseysao (Portuqaliya)
Sol cinah: Abedi (Ayyu) Pele / Andre Ayyu (Qana)
Hücumçu: Henrik / Cordan Larsson (İsveç)
Hücumçu: Corc (Liberiya) / Timoti Vea (ABŞ)