FİFA-dan Blatter və Platiniyə qarşı 2 milyonluq iddia
16.12.2019 - 17:30
FİFA-dan Blatter və Platiniyə qarşı 2 milyonluq iddia

FİFA sabiq prezidenti Zepp Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə qarşı iddia qaldırıb.

Apasport.az saytının məlumatına görə, assosiasiya onların 2 milyon İsveçrə frankını qaytarmasını tələb edir.

Z.Blatter bu məbləğdə vəsaiti 2011-ci ildə FİFA-nın hesabından qanunsuz şəkildə M.Platininin hesabına köçürüb.

2015-ci ilin sonunda hər iki rəsmi şəxs Etika Komitəsi tərəfindən futbol fəaliyyətindən uzaqlaşdırılıb. Buna məhz 2011-ci ildə M.Platininin hesabına köçürülən 2 milyon İsveçrə frankı səbəb olub.