Dünya çempionatının seçmə mərhələsində Nigeriya ilə Qana arasında keçirilən oyundan sonra dünyasını dəyişən həkim Jozef Kabunqonun ölüm səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, FIFA-nın mətbuat xidməti hadisə ilə bağlı xəbər yayıb.
Bildirilib ki, həmin qarşılaşmada FIFA-nın dopinq nəzarəti inspektoru vəzifəsini icra edən Kabunqo öncədən təxmin edildiyi kimi, azarkeşlər tərəfindən öldürülməyib. Onun ölümünə səbəb infarkt keçirməsi olub. Sadəcə, zambiyalı həkimin ürəyində problem final fitindən dərhal sonra nigeriyalı azarkeşlərin iştirakı ilə stadionda iğtişaşların yaranması ilə eyni vaxta təsadüf edib.
Qeyd edək ki, Nigeriya ilə Qana arasında oyunlar 0:0 və 1:1 hesabı ilə nəticələnib, səfər qolu sayəsində Qana DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb.