Fatih Terimin yeni motosikleti oğurlandı
27.04.2022 - 12:08
“Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimin motosikleti oğurlanıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin yeni aldığı BMW markalı lüks motosiklet özünə təhvil verilmədən avtomobillərin saxlanıldığı ərazidən iki nəfər tərəfindən aparılıb.
Ancaq oğrular dərhal yaxalanıb. Onlarla bağlı şikayət geri götürüldüyündən həmin şəxslər sərbəst buraxılıb.
Qeyd edək ki, Fatih Terim son iş yeri olan “Qalatasaray”dan bu ilin yanvarında ayrılıb.
0
0