Federasiya prezidenti qəzada öldü
20.12.2019 - 12:05
Federasiya prezidenti qəzada öldü

Mordoviya Futbol Federasiyasının prezidenti Aleksandr Yaşkov yol-nəqliyyat qəzasında ölüb.

Apasport.az saytının məlumatına görə, qəza onun Rusiya Futbol İttifaqının Moskvada keçirilən konfransından Saranska qayıdarkən baş verib.

“Kia Stinger”in sükanı arxasında olan A.Yaşkov idarəetməni itirərək yarımqoşqulu yük maşını ilə toqquşub. Qurum başçısı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, federasiya prezidenti vəzifəsini kimin icra edəcəyinə yaxın zamanda aydınlıq gələcək.