“Bu federasiya yeni təsis olunub. Üzərindən 3 il vaxt keçsə də, pandemiya dönəmi yaşadıq. Bu müddətdə bütün yarışlar dayandırılmışdı”.
Apasport.az saytının məlumatına görə, bunu Mini Futbol Liqasının püşkatma mərasimində çıxışında Azərbaycan Mini Futbol Federasiyasının (AMFF) sədr müavini, “Azfar” Şirkətlər Qrupunun rəhbəri Taleh Nəsibov deyib.
Nəsibov tədbirdəki çıxışında pandemiya dövrünün yarışlara mənfi təsir göstərdiyini söyləyib: “Yumşalmalardan sonra “Alfa Fire” liqasının bərpasına start vermək qərarına gəldik. Bu turnirin qalibi Çempionlar Liqasına yollanacaq. Bütün iştirakçılarımıza uğurlar arzulayıram. Federasiya olaraq bütün dəstəyi verəcəyik. Gənclər və idman naziri Fərid Qayıbov da bizə dəstək verəcəyini bildirib. Bu dəstək sayəsində daha yüksək nailiyyətlər əldə edəcəyimizə inanıram. İstərdim ki, bu yarış daha maraqlı və baxımlı alınsın”.
Qeyd edək ki, ilk olaraq A və B qrupunun hərəsində 6 komanda olmaqla, ümumilikdə 12 komanda mübarizəyə qoşulacaq.