Fernandinyo gedir
12.04.2022 - 16:55
“Mançester Siti”nin futbolçusu Fernandinyonun gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu braziliyalı yarımmüdafiəçinin özü açıqlayıb.
O, İngiltərə klubundan gedəcəyini və bunun səbəbindən danışıb: “Növbəti mövsüm “Mançester Siti”də olacağımı düşünmürəm. Mən daha çox oynamaq, daim meydana çıxmaq istəyirəm. Braziliyaya gedirəm. Bu qərar ailəmlə birlikdə qəbul olunub ki, ən önəmlisi də budur”.
Qeyd edək ki, 2013-cü ildən Mançester klubunda oynayan futbolçunun müqaviləsi bu yay başa çatır.
0
0