Bakının "Səbail" klubunun futbolçusu Fəhmin Muradbəyli komandasını tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında çıxış edən bir neçə klubun maraq dairəsinə düşüb.
F.Muradbəylini heyətində görmək istəyən komandalar arasında "Keşlə" və "Sabah" da yer alıb. Futbolçunun “Səbail”lə müqaviləsinin olması isə onun qərar verməsində tərəddüd yaradıb.
U-21 yığmamızın sabiq üzvünün indiki klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. Bu səbəbdən də yarımmüdafiəçi gələcək karyerası ilə bağlı qərarını verməkdə çətinlik çəkir. Onun “Səbail”də qalacağı, yoxsa klubunu dəyişəcəyi komandaların qış hazırlığına start verənə qədər dəqiqləşməlidir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı