Çempionlar Liqası tarixində yalnız 5 komanda yarımfinalın ilk oyununda məğlub olduqdan sonra finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, yalnız “Liverpul” iki dəfə revanş almağı bacarıb.
Mersisaydlılar 2006/07 və 2018/19 mövsümlərində yarımfinalın cavab oyununda cütün taleyini öz xeyrinə dəyişib. Digər 4 komanda isə buna bir dəfə nail olub. “Ayaks” 1995/96, “Yuventus” 2002/03, “Milan” 2006/07, “Tottenhem” 2018/19 mövsümlərində məğlubiyyətin əvəzini cavab qarşılaşmasında çıxıb.
2006/07 və 2018/19 mövsümlərində hər iki finalçı belə uğura sevinib. Öncə “Milan”, sonra “Liverpul” qalib adına yiyələnib. Digər revanş alanlar isə kuboku qazana bilməyib.
Qeyd edək ki, cari mövsümün ilk yarımfinalında “Mançester Siti”nin qonağı olan “Real” 3:4 hesabı ilə uduzub.