Firmino Cerrarda çatdı
14.04.2022 - 09:15
“Liverpul” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Benfika” ilə heç-heçə edib.
Apasport.az saytının məlumatına görə, 3:3 hesabı ilə başa çatan görüşdə Roberto Firmino dubla imza atıb.
Braziliyalı bununla da “Liverpul”un heyətində Çempionlar Liqasında vurduğu qolların sayını 21-ə çatdırıb. O, mersisaydlılarla 20 və daha çox qola imza atan 4-cü futbolçudur.
Bu göstəricidə Stiven Cerrarda çatan Firmino 3-cü yeri bölüşür. Mütləq rekord isə Məhəmməd Salaha məxsusdur. Misirli 33 dəfə fərqlənib.
0
0