Flikin istədiyi futbolçu – “Atletiko”da
30.09.2020 - 13:01
İspaniyanın “Atletiko” klubunun futbolçusu Tom Lemar karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “Bavariya”nın maraq dairəsinə düşüb.
Baş məşqçi Hans-Diter Flik transfer dövrünün sonunadək Lemarı sərəncamında görmək istəyir. Mütəxəssisin istəyinin reallaşması üçün Münhen təmsilçisinin icarə variantından yararlanması gözlənilir.
Qeyd edək ki, “Atletiko” Lemarı 2018-ci ilin yayında “Monako”dan 70 milyon avroya transfer edib.
0
0