Frank Riberi A seriyasında rekorda imza atdı
23.09.2019 - 11:04
Frank Riberi A seriyasında rekorda imza atdı

“Fiorentina” klubunun futbolçusu Frank Riberi İtaliya A seriyasının rekorduna imza atıb.

APA-nın məlumatına görə, fransalı yarımmüdafiəçi çempionatda qol vuran ən yaşlı legioner olub.

O, IV turun “Atalanta” ilə qarşılaşmasında (2:2) fərqlənib. F. Riberi A seriyasındakı qol hesabını 36 yaş 168 günlüyündə açıb.

Qeyd edək ki, yarımmüdafiəçi “Fiorentina”ya bu ilin yayında azad agent kimi keçib. O, bunadək uzun müddət Almaniya “Bavariya”sında çıxış edib.