Fransa çempionatları tarixində 3500-cü qol
27.02.2022 - 23:18
Fransa çempionatları tarixində 3500-cü qol

“Monako”nun hücumçusu Vissam Ben Yedder üçün Fransa Liqa1-nin XXVI turu əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, knyazlıq klubu öz meydanında “Reyms”ə məğlub olsa da (1:2), Fransa millisinin üzvü fərqlənməyi bacarıb.

32 yaşlı futbolçu “Monako”nun Fransa çempionatları tarixində 3500-cü qolunun müəllifi olub. “Monako” yüksək liqada bu həddə çatan dördüncü klub olub. Əvvəllər “Marsel” (4118), “Sent-Etyen” (3844) və “Bordo” (3742) bunu reallaşdırıb.

Qeyd edək ki, “Monako” hazırda 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.