Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin komandada qalmasını istəyir.
Apasport.az saytının məlumatına görə, ölkə başçısı gənc forvardla mütəmadi futbol və digər mövzularda müzakirə aparır.
Makronla Mbappe arasında dostluq münasibətləri 2018-ci ildə Yelisey sarayında görüşdən başlayıb. Həmçinin siyasətçi 23 yaşlı futbolçudan Fransada keçiriləcək prezident seçkilərində onu dəstəkləməyi və başqa insanları buna təşviq etməyi xahiş edib.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappeyə “Real” 100 milyon avroluq bonus və illik 50 milyon avro olmaqla 5 illik müqavilə təklif edib.