Fransa yığması Azərbaycana rəqib oldu
03.12.2019 - 14:55
Fransa yığması Azərbaycana rəqib oldu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda qüvvəsini sınayacaq.

Yığmamız Fransa, Yunanıstan və Moldova ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovada keçiriləcək.
 

0
U-19 püşk Azərbaycan yığması