Fransadan iki təklif – Türkiyə millisinin futbolçusuna
20.07.2021 - 13:19
Türkiyə millisinin futbolçusu Ozan Kabak karyerasını Fransada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Almaniya “Şalke”sinin müdafiəçisi Liqa1-in bir neçə klubundan təklif alıb.
Ötən mövsüm icarə əsasında İngiltərə “Liverpul”unda çıxış edən Ozan bu təklifləri nəzərdən keçirir. Onun xidmətində “Nitsa” və “Renn” maraqlıdır.
0
0